Xiaomi HyperCharge adlı 200 vatt-lıq yeni sürətli naqilli şarj texnologiyasını təqdim edib (VİDEO)
Xiaomi şirkəti dünyanın 200 vatt gücündə olan ilk sürətli naqilli şarj texnologiyasını təqdim edib. Bundan əlavə olaraq şirkət həmçinin 120 vatt gücündə sürətli şarj texnologiyasına sahib naqilsiz şarj stansiyasını da təqdim edib. Sözügedən yeni texnologiyaları Xiaomi öz Youtube kanalında xüsusi video ilə sərgiləyib. Xiaomi-nin yeni 200 vatt-lıq sürətli şarj texnologiyası HyperCharge adını əldə edib. Təqdim olunmuş videodan da görmək olar ki, sözügedən texnologiyanın testini aparmaq üçün şirkət 4000 mAh enerji tutumlu xüsusi batareyaya sahib Mi 11 Pro flaqman smartfonundan istifadə edib. Bu smartfon üçün olan xüsusi batareyanın hazırlanmasında elə materialdan istifadə olunub ki, o, şarj sürətini artırmaqla və cihazın temperaturunu aşağı salmaqla batareyanın daxilindəki müqavimət səviyyəsini azaldır.